Azərikard Prosessinq Mərkəzi iyunun 24-də bəzi bank müştərilərinin kart hesablarında müşahidə olunan texniki problemlərlə bağlı açıqlama verib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, yaranmış vəziyyət banklararası hesablaşma fayllarının emalı zamanı baş vermiş texniki təkrarlanmalar nəticəsində ortaya çıxıb. Bildirilib ki, problem Azərikardın daxili sistemləri ilə bağlı deyil.
Mərkəzdən qeyd olunub ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və müştərilərin hesabları mərhələli şəkildə əvvəlki vəziyyətinə qaytarılır.
Açıqlamada vurğulanıb ki, problemin tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir və yaxın vaxtlarda bütün hesablar üzrə bərpa prosesi yekunlaşacaq.
