Kanada və Lüksemburq NATO-nun müdafiə və təhlükəsizlik layihələrinin maliyyələşdirilməsi məqsədilə xüsusi bankın yaradılmasını təklif edib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, təşəbbüs Kanada Baş naziri Mark Karni və Lüksemburqun Baş naziri Luk Friden tərəfindən irəli sürülüb.
Onların fikrincə, alyansın hərbi potensialının gücləndirilməsi ilə yanaşı, müdafiə sektorunun dayanıqlı maliyyə mənbələri ilə təmin olunması da strateji əhəmiyyət daşıyır. Bu məqsədlə Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının yaradılması təklif edilir.
Məlumata görə, yeni maliyyə qurumu hərbi sənaye müəssisələrinin, müdafiə texnologiyaları istehsalçılarının və innovativ startapların maliyyələşdirilməsinə dəstək verəcək.
NATO üçün xüsusi bank yaradılması təklif edildi
Şərh edilməmiş
