İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Masazır qəsəbəsində dörd avtomobilin yandırılmasını təşkil etməkdə şübhəli bilinən şəxs xaricdə saxlanılaraq Azərbaycana gətirilib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxs Gürcüstandan Özbəkistana uçarkən saxlanılıb. O, Azərbaycana gətirildikdən sonra həbs edilib.
Hadisə oktyabrın 10-da baş verib. Yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı avtomobillər yanıb.
Bildirilib ki, cinayətdə iştirak edən bütün şəxslər saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib.
