Kral III Çarlzın ekologiya və ətraf mühitin qorunması sahəsindəki ardıcıl fəaliyyəti qlobal iqlim gündəliyində mühüm rol oynayır.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyinin paylaşımında bildirilib.
Məlumata görə, COP29-un prezidenti Muxtar Babayev Londonda yerləşən Sent Ceyms Sarayında super çirkləndiricilərlə mübarizəyə həsr olunmuş tədbirdə iştirak edib. Tədbir çərçivəsində o, BMT-nin baş katibi Antonio Quterreş və digər beynəlxalq iqlim liderləri ilə bir araya gəlib.
Paylaşımda qeyd olunub ki, görüş Böyük Britaniya Kral ailəsi ilə ölkənin Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyinin birgə təşkilatçılığı əsasında keçirilib.
