ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş 32 yaşlı Taleh Əmrahov saxlanılıb.
Yoxlama zamanı ondan ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
