Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb. 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 57 yaşlı kişi göstərilən tibbi yardımlara baxmayaraq, orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
57 yaşlı kişi skuterdən yıxılıb həyatını itirdi
Şərh edilməmiş
