Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.
Məlumata görə, Aşağı Avşar kənd sakini, 2002 ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov elektrik xətlərində təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Ağır xəsarətlər alan gənc hadisə yerində həyatını itirib.
Bildirilir ki, Vəli Süleymanov “Azərişıq” ASC nin Ağcabədi Rayon Elektrik Şəbəkəsində çalışıb.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
