İran və Qətər arasında aparılan danışıqlar nəticəsində Qətərdə dondurulmuş İran vəsaitlərinin bir hissəsinin azad edilməsi ilə bağlı razılıq əldə olunub.
İLKİNxeber.az informasiya agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qətərdə saxlanılan ümumi 12 milyard ABŞ dolları həcmində İran aktivlərinin 6 milyard dollarının blokdan çıxarılması və ölkəyə qaytarılması barədə razılıq əldə edilib.
Məlumatda qeyd olunub ki, qalan 6 milyard dolların da geri qaytarılması istiqamətində danışıqlar və hüquqi prosedurlar davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl beynəlxalq mediada ABŞ və Qətərin İranın dondurulmuş aktivlərinin bir hissəsinin humanitar məqsədlərlə istifadə olunmasına dair mexanizm üzərində işlədiyi barədə məlumatlar yayılmışdı.
