İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Ağdam rayonunda 14 yaşlı yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb.
Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped idarə edərkən idarəetməni itirərək yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Vəziyyəti ağır qiymətləndirildiyi üçün yeniyetmə daha ixtisaslaşmış tibbi yardım almaq məqsədilə Bakı şəhərinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına əsasən, 2012-ci il təvəllüdlü kişi cinsli şəxs 28 iyun 2026-cı il tarixində saat 14 20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.
Müayinələr zamanı ona qapalı kəllə beyin travması, baş beyin əzilməsi və mədəcikdaxili qansızma diaqnozları qoyulub. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
