Azərbaycan Milli Məclisi ölkənin daha bir beynəlxalq sənədə qoşulmasını təsdiqləyib.
İLKİNxeber.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın “Metrik Konvensiya”na qoşulması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Deputatların müzakirələrindən sonra qanun layihəsi səsverməyə qoyulub və qəbul edilərək ratifikasiya olunub.
Qeyd edək ki, “Metrik Konvensiya” beynəlxalq ölçmə vahidlərinin vahid standartlar əsasında tətbiqini və bu sahədə dövlətlər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
