İLKİNxeber.az informasiya agentliyinin məlumatına əsasən, Bakıda azyaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. İyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü M. Mərciyeva yaşadığı Şərq küçəsi, ev 332, mənzil 32-nin eyvanından yıxılıb.
Hadisə nəticəsində 5-ci mərtəbədən yerə düşən azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
