ABŞ və İran arasında danışıqlar Xameneinin dəfnindən sonra keçiriləcək
ABŞ və İran nümayəndələri arasında növbəti danışıqların İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin dəfn mərasimindən sonra keçirilməsi planlaşdırılır.
İLKİNxeber.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl Ənsari sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Qətər və Pakistanın vasitəçiliyi ilə Dohada ABŞ və İran nümayəndələri ilə ayrı ayrılıqda görüşlər keçirilib. Onun sözlərinə görə, aparılan təmaslar zamanı danışıqlar prosesində müsbət irəliləyiş müşahidə olunub.
Məlumata əsasən, Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 dən 9 na qədər İranın Qum şəhərində, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində təşkil ediləcək. Dəfn mərasiminin isə iyulun 9 da Məşhəd şəhərində keçirilməsi nəzərdə tutulur.
