ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 7-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında şəhərətrafı ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var. Mülayim şimal qərb küləyi əsəcək, gündüz saatlarında yarımadanın bəzi ərazilərində küləyin arabir güclənəcəyi proqnozlaşdırılır.
Paytaxtda havanın temperaturu gecə 20 dərəcədən 23 dərəcəyədək, gündüz isə 27 dərəcədən 30 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70 faizdən 80 faizə, gündüz isə 60 faizdən 65 faizə qədər təşkil edəcək.
Ölkənin bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Şimal və qərb rayonlarında yağıntının güclü olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 20 dərəcədən 25 dərəcəyədək, gündüz 32 dərəcədən 37 dərəcəyədək isti olacaq. Dağlıq ərazilərdə gecə 11 dərəcədən 16 dərəcəyədək, gündüz 18 dərəcədən 23 dərəcəyədək, bəzi yerlərdə isə 25 dərəcədən 29 dərəcəyədək isti olacağı gözlənilir.
