Bakının Suraxanı rayonunda 32 yaşlı kişinin müəmmalı ölümü ilə bağlı araşdırma aparılır.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə iyulun 6 na keçən gecə, saat 03 radələrində Hövsan qəsəbəsində qeydə alınıb.
1994 cü il təvəllüdlü R. Rzayevin meyiti yaşadığı evin həyətində yaxınları tərəfindən aşkar edilib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Meyitin ölüm səbəbinin ekspertiza və istintaqın nəticələrindən sonra dəqiqləşəcəyi bildirilir.
