İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verilib.
Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi aşağıdakılara verilib:
– Rəfiyev Yalçın İlqar oğlu
– Şərifov Samir Ənvər oğlu
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi:
– Hacıyev Sultan Ağami oğlu
– Nəsibov Ruslan Rafael oğlu
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi isə:
– Becanov Samir Arif oğlu
– Nəcəfli Anar Cəfər oğlu.
