İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
Məlumata görə, 41 yaşlı Bağırov Coşqun Nurəddin oğlu yaşadıqları evdə əvvəlcə həyat yoldaşını qətlə yetirib, daha sonra isə intihar edib.
Hadisənin hansı səbəbdən törədildiyi və digər təfərrüatlar hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
