İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya Dövlət Duması miqrantlarla bağlı yeni qanun qəbul edib.
Yeni qanuna əsasən, miqrantların patentləri ləğv edildikdə və ya vaxtında yenilənmədikdə, onlar və övladları 15 gün ərzində Rusiya Federasiyasını tərk etməlidirlər.
Bundan başqa, əmək miqrantlarının uşaqları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ya Rusiya Federasiyasını tərk etməli, ya da patent almalıdırlar.
Qanuna əsasən, miqrantlardan özlərini və övladlarını yaşayış minimumundan aşağı olmayan səviyyədə təmin edə biləcək kifayət qədər rəsmi gəlirə malik olmaları da tələb ediləcək.
