İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.
Qəza nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi və aşpaz Namiq Qocayev həyatını itirib.
İlkin məlumata görə, Namiq Qocayev avtomobildə tək olub. Onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Marneulidə restoran sahibi qəza nəticəsində öldü
Şərh edilməmiş
