Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair strateji anlaşma memorandumunu təsdiqləyib.
ilkinxeber.az xəbər verir ki, bu barədə Əlcəzair mediası məlumat yayıb.
Qeyd olunur ki, memorandum karbohidrogen sektoru, o cümlədən neft, qaz, neft-kimya və “yaşıl enerji” sahələrində ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutur.
Sənəd həmçinin karbohidrogen fəaliyyəti üzrə tənzimləyici və hüquqi siyasətlərin uyğunlaşdırılmasını, quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələrində birgə fəaliyyəti əhatə edən geniş əməkdaşlıq çərçivəsini müəyyən edir.
