UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Azərbaycan təmsilçisi “Qarabağ” möhtəşəm nəticə ilə azarkeşlərini sevindirib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağdam klubu İslandiyanın “Vestri” komandası ilə qarşılaşmada 3:0 hesablı inamlı qələbə qazanıb.
Görüş ərzində üstün oyun nümayiş etdirən “Qarabağ” həm hücumda, həm də müdafiədə rəqibinə ciddi şans verməyib. Qazanılan bu qələbə komandanın növbəti mərhələyə yüksəlmək şanslarını xeyli artırıb.
Cavab oyunu öncəsi böyük üstünlük əldə edən təmsilçimiz mərhələni keçməyə bir addım daha yaxınlaşıb.
