İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsi üçün 15 manat, qeydiyyatı üçün 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsi üçün isə 15 manat rüsum müəyyənləşdirilir. Eyni zamanda, mopedlərin idarə olunması üçün sürücülük vəsiqəsi almaq məqsədilə keçirilən imtahanlara görə 40 manat, təkrar imtahan üçün isə 20 manat rüsum ödənilməsi nəzərdə tutulur.
Bundan əlavə, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, eləcə də qeydiyyat şəhadətnaməsinin təqdim olunması üçün ayrı-ayrılıqda 30 manat rüsum tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.
