ABŞ prezidenti bildirib ki, İran sülh danışıqlarının davam etdirilməsi məqsədilə rəsmi Vaşinqtona müraciət edib və ABŞ tərəfi bu təklifi qəbul edib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, iyulun 8-9-da ABŞ hərbçiləri İrana qarşı bir sıra güclü zərbələr endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu addımların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, İran da cavab tədbiri olaraq ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyada yerləşən hərbi bazalarına zərbələr endirib.
