İsmayıllıda azyaşlı uşaq hovuzda boğularaq həyatını itirib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib. Belə ki, 5 yaşlı T.Teymurlu kənddə yerləşən evlərdən birinin həyətindəki hovuzda üzərkən boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
