İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial media platformalarının nümayəndələri ilə görüş keçirib.
Görüş çərçivəsində “TikTok” və “LinkedIn” platformalarının təmsilçiləri ilə rəqəmsal mühitdə əməkdaşlıq imkanları, informasiya təhlükəsizliyi, eləcə də sosial şəbəkələrdə yayılan məzmunun tənzimlənməsi məsələləri müzakirə olunub.
Tərəflər dezinformasiyaya qarşı mübarizə, istifadəçilərin məlumatlandırılması və platformalarda təhlükəsiz mühitin formalaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin Azərbaycanın rəqəmsal inkişaf strategiyası və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.
