Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində sənətçilər, aktyorlar və iş adamları da daxil olmaqla 25 nəfər şübhəli barəsində saxlanılma qərarı verilib.
Baş Prokurorluqdan bildirilib ki, araşdırmalar zamanı adıçəkilən şəxslərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdikləri, bu istifadəyə şərait yaratdıqları və ya təşviq etdiklərinə dair şübhələri təsdiqləyən sübutlar əldə olunub.
İstanbul Vilayət Jandarm Komandanlığına iyulun 16-da keçirilən əməliyyat çərçivəsində şübhəlilərin saxlanılması, axtarışların aparılması, bioloji müayinədən keçirilməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim olunması barədə tapşırıqlar verilib.
Əməliyyat nəticəsində tanınmış müğənnilər və ictimai fiqurlar — Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar və Öner Faruk Işık jandarma əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Bundan əlavə, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas tərəzi və narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən vasitələrin aşkarlandığı bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Türkiyədə məşhurlara qarşı əməliyyat: bir sıra tanınmış şəxslər saxlanıldı
Şərh edilməmiş
