“Azəriqaz” İstehsalat Birliyində struktur dəyişikliyi həyata keçirilib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, qurumun Texniki İstismar şöbəsi ləğv olunub.
Məlumata görə, ləğv edilən şöbənin bazasında “Azəriqaz”ın aparatında İstismar Departamenti yaradılıb.
Yeni yaradılan departamentə isə Texniki İstismar şöbəsinin sabiq müdiri Səməd Əliyev rəhbər təyin olunub.
Qeyd edək ki, bununla bağlı qərar “Azəriqaz”ın baş direktoru Azər Məmmədov tərəfindən imzalanıb.
