“İlkinxeber.az” informasiya agentliyinin əldə etdiyi məlumata görə, TikTok platformasında “Murad Sadə” ləqəbi ilə tanınan Murad Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilir ki, onun cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirməsi və ictimai mənəviyyata zidd hərəkətlərə yol verməsi səbəbilə barəsində inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarına əsasən, Murad Qasımov 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
