Qarabağ suvarma kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində bir nəfərin batdığı bildirilir.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Hazırda 46 yaşlı Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə işləri davam etdirilir.
