Hacıqabul rayonunda oğurluq və oğurluğa cəhd hadisələri ilə bağlı polis tərəfindən əməliyyat keçirilib.
ilkinxeber.az informasiya agentliyinə daxil olan məlumata görə, rayon ərazisində yerləşən kafelərdən birindən pul və 3 mobil telefonun oğurlanması, həmçinin yanacaqdoldurma məntəqələrindən birində oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.
Araşdırma zamanı onun Bakı şəhəri ərazisindən 5 motosiklet oğurlayaraq satdığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb. Nəriman Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
