İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində avtomobildə olan iki nəfər həyatını itirib.
Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi texniki vasitələrdən istifadə edərək, deformasiyaya uğramış nəqliyyat vasitəsindən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Adil Əhmədov və 1973-cü il təvəllüdlü Elza Əmirovanın meyitlərini çıxarıblar.
Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
