İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə bu gün paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakini, 30 yaşlı Musa Ruslan oğlu Bayramov yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
