Meksikanın cənubunda, Puerto-Madero şəhəri yaxınlığında 7.4 bal gücündə güclü zəlzələ qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına əsasən, yeraltı təkanların episentri Çiapas ştatında, Qvatemala sərhədinə yaxın ərazidə yerləşib. Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar qonşu Qvatemalada da hiss edilib. Paytaxtda binaların silkələndiyi bildirilir.
Hadisədən sonra Sakit okean sahilinə yaxın bölgələr üçün sunami təhlükəsi elan olunub. Mütəxəssislər təhlükəli dalğaların episentrdən 300 kilometr radiusda yarana biləcəyini qeyd edirlər. Sahilyanı ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq olunub.
Hazırda zəlzələ nəticəsində ölən, xəsarət alan və ya ciddi dağıntılar barədə rəsmi məlumat verilməyib.
