Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma halları artmaqda davam edir. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, son sutka ərzində laboratoriya təsdiqli yoluxmaların sayı 77 nəfər artaraq 2 344-ə çatıb.
Rəsmi gündəlik bülletenə əsasən, virusdan ölənlərin ümumi sayı 930 nəfərə yüksəlib. Təkcə son 24 saatda 37 nəfər həyatını itirib. Ölüm faizi isə 39.7% təşkil edir.
Hazırda tibb müəssisələrində və xüsusi təcridxanalarda 724 nəfər müalicə alır. Virus daşıyıcıları ilə təmasda olmuş şəxslərin izlənmə və nəzarət səviyyəsi 85.8% olaraq qiymətləndirilir.
Qeyd olunur ki, Ebola infeksiyası mayın 15-dən etibarən KDR-nin şərq bölgələrində və qonşu Uqandada yayılmağa başlayıb. Hazırda xəstəlik ölkənin beş vilayətində geniş yayılıb və əsas ocaq kimi İturi əyaləti göstərilir.
