İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, rayon ərazisində bir qadının yaşadığı evdən 29 min manat pul vəsaiti və təxminən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, hadisəni zərərçəkənin 25 yaşlı qızı törədib.
O, ifadəsində bildirib ki, sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən rüsvayedici məlumatların yayılması ilə hədələnərək pul tələb olunub. Bu səbəbdən evdən götürdüyü pul və qızıl əşyalarını həmin şəxsə verib.
Əməli törətməkdə şübhəli bilinən O. Bağırov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.
