Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, “Prado” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində iki nəfər həyatını itirib, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilir.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
