İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə 21 iyul tarixində qeydə alınıb. Rəsmi qurumların yaydığı birgə məlumata əsasən, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Sərxan İsgəndərov minalardan tam təmizlənməmiş ərazidə mal-qara otararkən partlayış nəticəsində xəsarət alıb.
Yaralıya ilkin tibbi yardım göstərilib. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, müvafiq qurumlar vətəndaşları mina təhlükəsi olan ərazilərdə diqqətli olmağa, xəbərdarlıq nişanlarına əməl etməyə və şübhəli əşyalara toxunmamağa çağırır.
