Məşhur aparıcı Nigar Fərhadın rəhbərlik etdiyi xaricdə təhsil şirkəti ilə bağlı narazılıqlar artmaqda davam edir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, AİD Groupun bir neçə gün əvvəl fəaliyyətini dayandırması şikayətçi sayını daha da artırıb.
İddialara görə, xaricdə təhsil almaq məqsədilə şirkətə ödəniş edən tələbə və valideynlər hazırda heç bir rəsmi cavab ala bilmirlər. Onlar bildirirlər ki, Nigar Fərhadla müqavilə bağlayıb ödəniş etsələr də, indi nə onunla əlaqə saxlamaq mümkündür, nə də şirkət tərəfindən hər hansı açıqlama verilir.
Məlumatlara əsasən, sosial şəbəkələrdə aktivliyi ilə seçilən aparıcı son 15 gündür heç bir paylaşım etmir və baş verənlərlə bağlı mövqeyini açıqlamayıb. Eyni zamanda, onun ölkəni tərk etməsi ilə bağlı müxtəlif iddialar da səsləndirilir.
