İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, “Arzum” apellyasiya şikayəti təqdim edib və ona tətbiq olunan həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.
S.Məmmədov qeyd edib ki, əgər apellyasiya instansiyası tərəfindən azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılarsa və ya azaldılmış formada təsdiqlənərsə, “Arzum” həmin cəzanı çəkməli olacaq. Eyni zamanda, məhkəmə qərarından asılı olaraq cəzanın şərti cəza ilə əvəz olunması ehtimalı da istisna edilmir.
