Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığındakı açıq ərazidə yanğın baş verib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar.
Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi ilə bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.
Ağdamda yanğın: FHN qüvvələri əraziyə cəlb olundu
Şərh edilməmiş
