“İlkinxeber.az” informasiya agentliyi məlumat verir ki, Bakı təmsilçisi “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun “Dinamo” (Minsk) komandası ilə üz-üzə gəlib.
Paytaxtda keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bildirilir ki, “ağ-qaralar” oyuna sürətli başlayaraq erkən qollar vursa da, rəqib komanda geridönüş edərək üstünlüyü ələ alıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da keçiriləcək.
