İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, BMW markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında yerləşən işıq dirəyinə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.
