By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: NİŞAN ÜZÜYÜNÜN GÜLLƏLƏNMİŞ QANADLARI… (Mətbuatın əziz xatirəsinə)
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Marağlı > NİŞAN ÜZÜYÜNÜN GÜLLƏLƏNMİŞ QANADLARI… (Mətbuatın əziz xatirəsinə)
Marağlı

NİŞAN ÜZÜYÜNÜN GÜLLƏLƏNMİŞ QANADLARI… (Mətbuatın əziz xatirəsinə)

Lamiyə Turqay
Last updated: İyul 24, 2026 2:01 axşam
By Lamiyə Turqay
3 Min Read
Share
SHARE

Bu gün hara baxırsan, hara göz gəzdirirsən Həsən Bəy Zərdabinin adına, fotolarına verilən işgəncənin, zülmün şahidi olmamaq mümkün deyil. Bəli, işgəncənin, zülmün!

Axı riyakarlığı, mütiliyi, məddahlığı, istismarçı ideyanı, buqələmun xarakteri, işğalçı “mənfəəti” qələmə, ilahi sözə, kağıza, missiyaya, amala daşıyıb da(!) o adın, o fotonun (hətta Həsən Bəyin qəbirüstü abidəsinin!) qarşısında dayanmaq bir ayrı mənəvi yoxsulluq effekti, bir ayrı tragikomik situasiyadır…

ELƏ ONA GÖRƏ DƏ BUGÜNKÜ GÜNDƏ illərdi ki, bu gözəlim məmləkətdə Əflatun Amaşovların, Rəşad Məcidlərin, Aynur Camalların, Vüsalə Mahirqızıların, Mir Şahin Ağayevlərin… və bu kimi “mətbuata divan tutmuşlar fəsli”nin (VƏ YA “mətbuata divan tutulmasına şərait yaratmışlar karvanı”nın!) mənsublarının sayəsində Şirməmməd Hüseynovun məzarından Aynur Camalın nişan üzüyünün güllələnmiş qanadlarına qədər büsbütün strukturu, quruluşu, düzəni, xarakteri, yolu, izi… travmalı, qəzalı, hətta mutasiyalı vəziyyətə gəlib çıxmış Azərbaycan mətbuatının (indiki halda mədhbuatının!) Sibir taleyindən VƏ YA Nargin adasına necə düçar olmasından söz açmaq daha çox yerinə düşərdi!.. Dediyim kimi, xüsusən də məhz bugünkü gündə… bugünkü günsüzlükdə!

Zaman – zaman mətbuatı, mətbu mahiyyəti, mənşəyi, dəyərləri dar ağacına aparanlar, İsa çarmıxına sürükləyənlər, hətta aparılmasına, sürüklənməsinə imza atanlar… sonra da o dar ağacının kölgəsində “azadlığa xəyanət” simfoniyasını bəstələyə-bəstələyə amansızcasına “dincələ” bildi… “dincəlməyi” bacardı! Bəlkə də(!) elə təslimçi bütpərəstlər qəbilindən boylananlar “dincəlmək” üçün mətbuatı dar ağacına apardı, İsa çarmıxına sürüklədi… aparılmasına, sürüklənməsinə imza atdı!

Mən o mətbuatdan, o mətbuat simasından, üzündən, görkəmindən, o mətbuat zatından danışıram ki, yalnız (və yalnız!) ONURĞALI SÖZÜN (“jurnalist onurğası”nın!), AZAD DƏRKİN, AYDIN FİKRİN, İLAHİ PEŞƏKARLIĞın varlığına söykənsin, söykənə bilsin(!)… daha az öncə adlarını çəkdiklərimin təngnəfəs olduğu “əsarət qatarı”nın şəxsində “maraqların” mütəkkəsinə dirsəklənməsin, Həsən Bəylərin irsinə Lefortovo zindanını yaşatmasın!

Bəli, məhz Lefortovo zindanını!

Bu gün Əflatun Amaşovların, Rəşad Məcidlərin, Aynur Camalların, Vüsalə Mahirqızıların, Mir Şahin Ağayevlərin… və bu kimi “mətbuata divan tutmuşlar fəsli”nin itaətkar üzvlərinin “mövqeyi”, “iş prinsipi” Həsən Bəylərin irsinə Lefortovo zindanını yaşatmağa xidmət edir!

Elə bu baxımdan da çox az qism mətbuat, media nümayəndəsi və az qism mətbu orqan istisna olmaqla(!)… öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin, təbiətinin!) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!)… bir çox əliqələmlilərin, mətbuat, media nümayəndələrinin “fəaliyyətinin” nəticəsi olaraq anası ağlar günə qoyulan, həmçinin zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, məddahlıqla eyni zamanda, “maraqların diqtəsi” ilə genetikası zədələnib, surəti dəyişdirilmiş çağdaş mətbuatın (indiki halda mədhbuatın!) necə deyərlər, ələyi ələnib, xəlbiri də Tanrını axtarır…

… Bir gün bütövlükdə məhz o ələyin gözlərində Tanrının tapılması ümidilə özünü diri və duru saxlayan əlahəzrət qələm(lər)ə sayğılar!

Emil Rasimoğlu

şair-publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Sarımsağın faydaları və ziyanları
İstiotun faydaları nələrdir? Acı dadın arxasındakı sağlamlıq
Yupiterin gücü: Bu 3 bürc iyunun sonuna qədər maliyyə zirvəsinə yüksələcək
İlkin Şakiroğlu yazır: Həqiqətin Səfəri
Anomal hadisələr: Sirr, mif, yoxsa hələ izahını tapmadığımız reallıq?
Share This Article
Facebook Email Print
Previous Article “Space TV”nin hesablarına 140 min dollarlıq həbs
Next Article Neftçalada ağır qəza: BMW işıq dirəyinə çırpılıb aşdı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?