Kolumbiyada hakimiyyətə gələn yeni administrasiya xarici siyasətdə struktur islahatlarına başlayır. Prezident seçilən Abelardo de la Espriella ölkənin bir sıra xarici diplomatik nümayəndəliklərinin fəaliyyətinə xitam veriləcəyini açıqlayıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, qərar dövlətin diplomatik şəbəkəsinin yenidən təşkili proqramı çərçivəsində qəbul olunub. Planlaşdırılan dəyişikliklərə əsasən, Azərbaycan da daxil olmaqla 14 ölkədə fəaliyyət göstərən Kolumbiya səfirlikləri bağlanacaq.
Bağlanacaq diplomatik nümayəndəliklər Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikanı əhatə edir.
Yeni prezident bununla yanaşı, Kuba və Nikaraqua ilə diplomatik münasibətlərin dayandırılmasının da hökumətin xarici siyasət kursunda nəzərdə tutulan dəyişikliklərdən biri olduğunu bildirib.
Abelardo de la Espriella bu ilin iyun ayında keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanaraq ölkə rəhbərliyinə seçilib. O, səlahiyyətlərinin icrasına avqustun 7-də başlayacaq və həmin tarixdən etibarən açıqlanan qərarların mərhələli şəkildə həyata keçirilməsi gözlənilir.
