❗️Ağdam, Füzuli və Cəbrayıl rayonlarının açıq ərazilərində yanğın hadisələri qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və alovun qarşısının alınması istiqamətində tədbirlərə başlanılıb.
Bildirilib ki, ərazilərin minalanmış olması, həmçinin küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir.
Hazırda yanğınların lokallaşdırılması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
