Bakı şəhərinin Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, 107 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yolun kənarında dayanmış yük avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda sərnişinlərin olmadığı bildirilsə də, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb, hadisənin təfərrüatları araşdırılır.
