Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında uğurla çıxış edərək bürünc medal qazanıb.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeyə 7:1 hesabı ilə qalib gələrək ölkəmizə mundialda ilk medalı qazandırıb.
Qeyd edək ki, yarışlar Milli Gimnastika Arenasında baş tutur. Çempionatda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan isə bu mötəbər turnirdə 29 idmançı ilə təmsil olunur.
