Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində iyulun 30-31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı səviyyəli xəbərdarlıq edilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlıq çərçivəsində şimal-qərb küləyi əsəcək. Eyni zamanda Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux və Şəki rayonlarında isə cənub-şərq küləyi üstünlük təşkil edəcək. Küləyin sürətinin 13.9–20.7 m/san arasında dəyişəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyinin daha da güclənərək 20.8–28.4 m/san-dək çatacağı proqnozlaşdırılır.
