Türkiyədə meşə yanğınları ilə bağlı mübarizə tədbirləri genişləndirilib.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Muğlanın Seydikemer rayonunda baş verən yanğın səbəbindən təhlükəsizlik məqsədilə ümumilikdə 202 nəfər təxliyə olunub.
Yanğının qarşısının alınması üçün 741 nəfərlik şəxsi heyət səfərbər edilib. Əraziyə 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən avtomobil və digər xüsusi texnikalar cəlb olunub.
Eyni zamanda Antalya və Balıkesir bölgələrində də meşə yanğınları ilə mübarizə davam edir. Həmin ərazilərdə müxtəlif təyinatlı texnika və xilasedici qüvvələr fasiləsiz fəaliyyət göstərir.
Təhlükəsizlik tədbirləri çərçivəsində Antalya–Seydikemer avtomobil yolu müvəqqəti olaraq nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
