Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikovun səhhətində ciddi problem yaranıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə sənətkarın oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
Onun sözlərinə görə, aparılan tibbi müayinələr zamanı Aqil Məlikovun ürək damarlarında tutulma aşkarlanıb. Bildirilib ki, sənətkarın sabah açıq ürək əməliyyatı olunacağı gözlənilir.
