İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, ölkədə yaşa görə pensiya alan və işləməyə davam edən 1300-dən çox pensiyaçının pensiyası yenidən hesablanaraq artırılıb.
Məlumata görə, bu artım işləyən pensiyaçıların pensiyalarının 6 illik yenidən hesablanması ilə bağlıdır. Proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin sonundan etibarən proaktiv mexanizm əsasında avtomatik şəkildə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda yaşa görə pensiya təyin olunmuş şəxslər əmək fəaliyyətini davam etdirdikdə, həmin iş müddətinin 6 ili tamam olduqdan sonra onların pensiyası yenidən hesablanır və artı rılır.
